Müştəri “Birmarket”i saxta batareya satmaqda ittiham edir- FOTO

Vətəndaş onlayn ticarət platforması “Birmarket”dən sifariş etdiyi batareyaların saxta olduğunu iddia edib. AzPost xəbər verir ki, sosial şəbəkələrdə Ali Şamilov adlı istifadəçi aldığı məhsulla bağlı narazılığını paylaşıb.

Onun sözlərinə görə, sifariş etdiyi “Duracell” markalı batareyalar üzərində əlavə üzlük olub və çıxarıldıqda daha ucuz firmanın məhsulu ortaya çıxıb. Müştəri bunu “istehlakçını aldatmaq” kimi qiymətləndirib və şirkəti haram qazanc əldə etməkdə günahlandırıb.

Şikayətçi qeyd edib ki, belə halların böyük şirkətə yaraşmadığını vurğulayaraq, məsələni ictimailəşdirib. “Bununla büdcəniz bir milyon manat artdı? Ayıbdır, belə satış olmaz”, – deyə o, paylaşımında bildirib.

“Birmarket”dən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.