Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya qayıdır.
Bu barədə A. Navalnı “Twitter”də bildirib.
“Mənim qarşımda heç vaxt qayıtmaq və ya qayıtmamaq məsələsi olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də “Qələbə” reysi ilə evə geri dönəcəyəm. Görüşərik!”, – deyə o qeyd edib. (APA)