“Müxalifətlə dialoqa hazıram” –

Prezident Lukaşenko rəqiblərini hədələdi
09 Avqust 2020 - 12:52

“Hakimiyyətin opponentləri ilə dialoqa hazıram. Amma təxribatlara müvafiq cavab veriləcək”.

Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko səsvermədən sonra jurnalistlərin suallarına cavab verərkən deyib.

“Əgər siz öz mövqeyinizi bildirirsinizsə bunu alqışlayıram. Şəxsən sizinlə dialoqa hazıram. Əgər siz qərəzli şəkildə özünüzü aparmağa başlasanız o zaman bunu da görürəm. Təxribat salsanız cavabını alacaqsınız.

Siz hakimiyyəti devirmək istəyirsiniz, hələ üstəlik gözləyirsiniz ki, qarşınızda diz çöküb ayaqlarınızın tozunu öpəcəyəm? Belə şey olmayacaq. Özünüzü qanuna uyğun aparın. O zaman sizə qarşı heç bir iddia olmayacaq”.