“Müxalifətlə dialoqa hazıram” –Prezident Lukaşenko rəqiblərini hədələdi

“Hakimiyyətin opponentləri ilə dialoqa hazıram. Amma təxribatlara müvafiq cavab veriləcək”.

Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko səsvermədən sonra jurnalistlərin suallarına cavab verərkən deyib.

“Əgər siz öz mövqeyinizi bildirirsinizsə bunu alqışlayıram. Şəxsən sizinlə dialoqa hazıram. Əgər siz qərəzli şəkildə özünüzü aparmağa başlasanız o zaman bunu da görürəm. Təxribat salsanız cavabını alacaqsınız.

Siz hakimiyyəti devirmək istəyirsiniz, hələ üstəlik gözləyirsiniz ki, qarşınızda diz çöküb ayaqlarınızın tozunu öpəcəyəm? Belə şey olmayacaq. Özünüzü qanuna uyğun aparın. O zaman sizə qarşı heç bir iddia olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı başsağlığı verdi –

Sonrakı məqalə

Ölkədə 87 nəfər koronavirusa yoluxub –