Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mədəniyyət naziri “TikTok”un nümayəndələri ilə görüşüb

User 01 İyun 2023 - 11:28 (Last updated: 21 May 2025 - 20:15)
nazir tik tok

Mədəniyyət naziri Adil Kərimli mayın 31-də ölkəmizdə səfərdə olan “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan nazir Adil Kərimli vurğulayıb ki, müasir rəqəmsal platformalar cəmiyyətdə, fərdlərin və ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan yeni, maraqlı məzmunun yaradılması, rəqəmsal məzmunun keyfiyyətinin yüksəldilməsi yeni mədəniyyət strategiyasının bir neçə prioritet istiqamətləri ilə əhatə olunacaq fəaliyyətdir.

“TikTok” platforması ölkə üzrə 600 minə qədər istifadəçiləri və bir milyondan çox baxış sayı olan ən böyük platformalardan biridir, ona görə də buradakı məzmunun pozitiv, mənəvi dəyərlərə söykənən, elmi təbliğata köklənmiş, maarifləndirici olması istiqamətində inkişafı vacib şərtlərdən biridir. Bu platformada Azərbaycan mədəniyyətinin təbliği, davranış mədəniyyətinin formalaşdırılması və bu kimi məqsədlərlə xidmət edən rəqəmsal məzmunun yerləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Azərbaycan Republikasının Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan “TikTok” platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir.

Son zamanlar bir çox ölkələrdə “TikTok” platformasından sui-istifadə halları da müşahidə olunmaqdadır. Cəmiyyətlərin maraqlarına, ümumbəşəri dəyərlərə zidd məzmunların paylaşılması nəticəsində insanlarda və bütövlükdə cəmiyyətdə dözümsüzlük, aqressiya, mənəvi və estetik primitivizm, intellektual deqradasiya artır, faydalı ola biləcək resursun imkanlarından zorakılığın təbliğatı və bu kimi mənfi tendensiyaların yaranması üçün istifadə edilir.

Qeyd olunan məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir.

Qonaqlar “TikTok” platformasının fəaliyyət mexanizmləri və hüquqi çərçivələri haqqında nazirə ətraflı məlumat veriblər, Azərbaycan mədəniyyəti ilə bağlı məzmunun keyfiyyətinin artırılması üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. 2016-cı ildə Çində yaradılan və 2018-ci beynəlxalq versiyası istifadəyə verilən videoplatforma qısa müddətdə bütün dünyada yayılıb. Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var. “TikTok”un onlarla ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Videoplatformanın interfeysi 50-dək dildə təqdim olunur.

Post navigation

Previous: Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib
Next: “Axmat” xüsusi təyinatlıları aktiv hücuma hazırlığa başladı

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.