Mədəniyyət nazirinin sabiq müavini barəsində 4 aylıq həbs qərarı verildi –Həbs edilənlər nədə ittiham olunur?

Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun verilən ittihamlar məlum olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir