Mədəniyyət Nazirliyinin satın aldığı kitabların tam siyahısı açıqlanıb-SİYAHI

kitablar
kitablar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının 15 dekabr 2025-ci il tarixində yekun iclası keçirilib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Komissiya Nazirliyin Nəşr Planının (Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşriyyat və çap məhsullarının siyahısı) tərtibini və “Nəşrlərin satın alınması müsabiqəsi”nin (Nazirlik tərəfindən kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək üçün nəşriyyat və çap məhsullarının satın alınması məqsədilə keçirilən müsabiqə) təşkilini həyata keçirmək məqsədilə yaradılmışdır.
Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən təşkil olunur və tərkibi hər il yenilənir. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Komissiyanın tərkibi buraxılana qədər konfidensial saxlanılır.

Komissiya tərəfindən bu il ərzində 56 nəşr layihəsi müzakirəyə çıxarılmış, 14-ü elmi- kütləvi, 10-u bədii ədəbiyyat olmaqla 23 əsərin Nazirliyin növbəti il üçün Nəşr Planına daxil edilməsi məqsədəuyğun hesab edilmişdir.

Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunmuşdur. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilmişdir.

Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınmışdır.

2025-ci il üzrə Komissiyanın tərkibi, həmçinin cari ildə Nazirlik tərəfindən satın alınan kitablar və Nazirliyin növbət il üçün Nəşr Planına daxil edilən əsərlər barədə siyahılar ilə linkələrə keçid edərək tanış ola bilərsiniz.

 

https://docs.google.com/viewerng/viewer?url=https://admin.culture.gov.az/storage/uploads/fileUpload/files/nJ6mLVA384lpEQy9UOe91766066649.pdf

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİNİN

NƏŞR PLANININ TƏRTİBİ VƏ NƏŞRİYYAT MƏHSULLARININ SATINALINMASI ÜZRƏ

KOMİSSİYASININ TƏRKİBİ
(2025-ci il üzrə)
Komissiyanın sədri

Fariz İsmayılzadə –

ADA Universitetində Dövlət, Xarici Əlaqələr və
Tələbə işləri üzrə Prorektor, universitetin
daxilində Diplomatiya və İnkişaf İnstitunun
Direktoru, Dövlət İmtahan Mərkəzinin Direktorlar
Şurasının üzvü, millət vəkili
Komissiyanın üzvləri

Elnarə Akimova –

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı şöbəsinin müdiri,
ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə elmlər
doktoru, millət vəkili

Elçin Əhmədov

– Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini
Araşdırma Mərkəzi”nin rəhbəri, siyasi elmlər üzrə
emlər doktoru, professor

Mayis Əliyev

– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
üzvü, Bakı Dövlət Universitetində Əmək və
ekologiya hüququ kafedrasının professoru,
hüquq üzrə elmlər doktoru

Azər Turan
(Azər Əbilov)


“Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar
mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru

Vidadi Qafarov –

Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və
televiziya şöbəsinin müdiri, teatrşünas,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Kərim Tahirov –

Azərbaycan Milli Kitabxanasının direktoru, tarix
üzrə fəlsəfə doktoru, professor

Elnarə Musayeva –

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru

Qəmər Mürşüdlü –

Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və
mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə
üzrə fəlsəfə doktoru

Qismət Rüstəmov –

Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri,
şair, tərcüməçi

Leyla Həsənova –

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
müəllimi, musiqişünas

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə

Komissiyasının qərarına uyğun olaraq
2026-cı ilin Nəşr Planına daxil edilmiş kitablar

1. Firudin Şuşinski “Azərbaycan musiqi xəzinəsi”;
2. Firudin Şuşinski “Şuşa”;
3. Əhməd Bakıxanov “Seçilmiş əsərləri”;
4. Əsəd Quliyev “XX əsr Azərbaycan incəsənəti haqqında”;
5. İlham Rəhmli “Qürur səhnəmiz”;
6. İlham Rəhimli “Gənc Tamaşaçılar Teatrı”;
7. İlham Rəhmli “Azərbaycan Dövlət Yəhudi Teatrı”;
8. Toğrul Əsədullayev, Aynurə Məmmədova “Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri”;
9. Sahib Sultanov “Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri”;
10.Abbasqulu Nəcəfzadə “Nəbi Xəzrinin musiqiyə bələnmiş misraları və iki yeni klavir”;
11.Qənbər Ağayev “Elm korifeylərimiz”;
12.Sərdar Əsəd “Seçilmiş əsərləri”;
13.”Koroğlu” dastanı (uşaqlar üçün);
14.Səxavət Sahil “Şeirlər”;
15.Sevinc Nuruqızı “Yer üzündə Vətən var” (uşaq ədəbiyyatı);
16.Tahir Taisoğlu “Asılqan buynuzu”;
17.“İgidlərin sözü” (Vətən müharibəsi iştirakçısı şairlərin şeirlərindən ibarət toplu);
18.Mehman Süleymanov, Nəsrin Süleymanlı “Vətən müharibəsinin salnaməsi” (I cild);
19.Mehman Süleymanov, Nəsrin Süleymanlı “Vətən müharibəsinin salnaməsi” (II cild);
20.Mehman Süleymanov, Nəsrin Süleymanlı “Vətən müharibəsinin salnaməsi” (III cild);
21.Aytən Aydınqızı “Osmanlıca”;
22.Səməd Bayramzadə “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsi Mərkəzi
Komitəsinin orqanı. 1945-1946-cı illər”;
23.İranə Əliyeva “Xarici dillərin tədrisi ilə bağlı vəsait”;

“Nəşrlərin satın alınması müsabiqəsi üzrə” statistik məlumatlar

No Nəşriyyat və ya müəllifin adı

Alınan kitab
sayı (neçə
nüsxə)

Yekun məbləğ
(manatla)
1 Gündüz Yayınları 200 1649
2 “Ağıllı Bala” 800 4700
3 “Alatoran” Nəşriyyatı 750 9000
4 Güllü Məmmədova 200 2400
5 “Altun Kitab” 4685 27342,5
6 “Apostrof-A” Nəşriyyatı 350 8090
7 “Aspoliqraf” Nəşriyyatı 1200 6600
8 “Çapar” Nəşriyyatı 1225 13525
9 “DAHA Publishing” 400 6320
10 “Everest” Nəşriyyatı 1250 16810
11 “Əli və Nino” Nəşriyatı 1110 15771,1
12 “Xan” Nəşriyyatı 1050 9950
13 “Kitabçı” 650 3835
14 “Kosmo” Nəşriyyatı 855 9889,45
15 “Kritika” Nəşriyyatı 600 5890
16 “Qanun” Nəşriyyatı 8990 93506,2
17 “Qədim Qala” Nəşriyyatı 1400 11825
18 “Qələm Çingizoğlu” 800 6950
19 “Qələm” Nəşriyyatı 1000 6100
20 “Azərnəşr” 1250 23075
21 “Libra kitab” 2450 10500
22 “Loqos Nəşriyyatı” 600 2925
23 “Mayak” Nəşriyyatı 900 8870
24 “MDizayn” nəşriyyatı 1500 7300
25 “Mimta Yayımları” 1980 18015
26 “Mücrü” Nəşriyyatı 1820 11490
27 “Pandora” Nəşriyyatı 600 5245
28 “PARK Press” 600 5700
29 “Parlaq İmzalar” 1400 14295
30 “Straus press” 365 3845
32 “Teas Press” 6950 96175
33 “Təhsil” Nəşriyyatı 2090 42650
34 “Ting” nəşriyyatı 400 4740
35 “Səbat” Nəşriyyatı 180 1680
36 “Zərdabi-nəşr” 1000 19500
37 Azad Yaşar 200 2200
38 Bəhram Bağırzadə 700 9100
39 Cavid Zeynallı 100 1500

40 İlham Qəhrəman 100 500
41 İlqar Tağıyev 150 1050
42 İslam Sadıq 200 1500
43 Kamal Abdulla 100 2500
44 Kamalə Abiyeva 100 700
45 Kəramət Böyükçöl 300 4500
46 Qəşəm Nəcəfzadə 70 1050
47 Nazilə Rahibqızı 100 1000
48 Elmira Axundova 200 3000
49 Etibar Muradxanlı 100 1599
50 Fərid Hüseyn 100 2000
51 Seyfəddin Hüseynli 200 3000
52
“Çaşoğlu Elm İstehsalat” MMC 8500 34360
53 AVE print 300 4500
54 Siyavuş Quliyev 230 2300
55 Vaqif Bayatlı Odər 300 7500

Yekun nüsxə sayı və məbləğ 63650 620017,25

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.