Məhkəmə CHP-dən qurultayı təxirə salmağı tələb edib –Salona polislər gəldi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul qurultayı başlayandan bir saat sonra məhkəmənin tələbindən sonra tədbirin keçirildiyi salona polislər gəlib.

Türk mediasının yazdığına görə, məhkəmə İstanbul Valiliyinə və Dairə Seçki Komissiyasına məktub göndərərək qurultayın təxirə salınmasını tələb edib.

Bunda sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar iclas keçirməyə qərar verib.

Qeyd edək ki, CHP-nin İstanbul rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə keçirilən İstanbul qurultayında sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və idarə heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.