“Məktəblərdə “Son zəng” təşkil olunacaq” –Təhsil nazirindən açıqlama (YENİLƏNİB)

“Bu il ümumtəhsil məktəblərində “Son zəng” təşkil olunacaq”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. O deyib ki, bununla bağlı Təhsil nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi: “Baş nazirə təşəkkür edirəm, çalışacağıq ki, verilmiş şərtlərlə “Son zəng” tədbirlərini keçirək”.

O deyib ki, “Son zəng”in keçirilməsi ilə bağlı konkret şərtlər yaxın günlərdə elan ediləcək: “Şərtlər çox sadədir, açıq havada keçiriləcək, say məhdudiyyəti olacaq, kiçik saylı məktəblər üçün təhlükə görmürük, şagird sayı 100-dən artıq olan məktəbdə yəqin ki, bir neçə hissədən ibarət olacaq. Karantin qaydalarına, sosial məsafəyə əməl etmək də şərtlərə daxildir. Uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimiz üçün “Son zəng”i qeyd etmək yaxşı xəbərdir. “Son zəng” tədbirində “Məktəblinin dostu” və könüllülülər də çalışacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir