Mən süni intellektdən istifadə etmirəm –Prezident

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa mən də istifadə edəcəyəm.

Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

“Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmasın”, – deyə dövlətimizin başçısı əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.