Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mən vətənə yox, Vətən mənə xəyanət etdi” –

User 11 Sentyabr 2025 - 12:03 (Last updated: 11 Sentyabr 2025 - 12:04)
puqacova02

SSRİ xalq artisti, məşhur müğənni Alla Puqaçova 2017-ci ildən bəri ilk dəfə jurnalist Yekaterina Qordeyevaya uzun müsahibə verib.

AzPost bildirir ki, o, ölkəni tərk etməkdən, rus sənətçilərindən, yaxınlarından, siyasətçilərindən, Rusiya hökumətinə münasibətdən, müharibə əleyhinə mahnılardan danışıb.

Puqaçova qeyd edib ki, övladlarının xatirinə, cavab vermək belə niyyətində olmadığı suallara cavab vermək üçün müsahibə verir. “Qoy bu sənədli şəkildə xalq üçün qalsın. Mən indi bu müsahibəni verməliyəm, çünki belə fikirlər yaranıb. Səbəbini başa düşmək olar”.

Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk edib. O, fevral ayında Maksim Qalkinin xaricdə, özünün evdə uşaqlarla birlikdə olduğunu və müalicə üçün İsrailə getdiyini bildirib: “Dostlar dedilər ki, məinmlə danışmaq istəyən var. Həmin vaxta qədər Qalkin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı öz fikrini bildirmişdi. Kiriyenko danışmaq istəyirdi. Mən Seryojanı tanıyırdım, ona münasibətim həmişə yaxşı olub. Fikirləşdim ki, yaxşı, gedim danışım. Bəlkə nəsə təklif edər. O, mənim nədən narazı olduğumu soruşdu. Dedi: “Getməyi düşünürsən?” Cavab verdim, niyə getməliyəm? Deyir, bəli, düzdür. Onun iş masasına baxıram – Maks haqqında bütün materiallar, onun nə dediyi, necə danışdığı. Deyir: “Bunlara baxdım, başa düşmək olar, adam emosionaldır, o qədər həssasdır, sənətkardır. Ona görə də narahat olmaq üçün heç bir səbəb görmürəm”. Deyirəm, “heç olmasa mənə xəbərdarlıq edə bilərdiniz ki, artıq söz azadlığı yoxdur.” Deyir, “narahat olma, hər şey yaxşıdır.” Və mən hiss etdim ki, nəsə olub. Havada nəsə var. Hətta onu öpdüm. “Sağ ol, Seryoja” dedim və çətin ki, onunla yenidən görüşəcəyəm”.

Puqaçova deyib ki, Rusiya Prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə görüşdən iki gün sonra həyat yoldaşı Qalkin “xarici agent” kimi tanınıb. Puqaçovanın sözlərinə görə, Rusiyanı tərk etmək qərarı məktəbdə övladlarına  “casusların uşaqları”, atalarının isə “xarici agent” olduğu bildirildikdən sonra verilib. “Çantalarımızı yığdıq, zəng etdik və getdiyimizi dedik. Yanımızda gətirə biləcəyimiz 30 min dollarımız var idi. Biz də İsrailə getdik”, – o əlavə edib.

Puqaçova qeyd edib ki, o, susub Rusiyada qala bilməz. “Xeyr, susmazdım, çünki getməyim daha yaxşı olardı. Təbii ki, bunun necə bitəcəyini bilirdim. Maksim isə susmazdı. Çünki vicdan deyə bir şey var. Vicdan isə şöhrətdən dəyərlidir, dəbdəbədən daha qiymətlidir, hər şeydən qiymətlidir”.

“Vətənə xəyanət”dən danışan Puqaçova deyib: “Deyirlər ki, dabanlarıma tüpürüb qaçmışam. Burada sətiraltı eyham var: ölkə məni yedizdirdi, böyütdü, məni əzizlədi və mükafatlar verdi, mənsə ona arxa çevirib getdim. Düzünü desəm, belə təhqirlərdən şoka düşdüm, amma çox da təəccüblənmədim, çünki bunun olacağını bilirdim”.

“Bəs əslində nəyə xəyanət etdim? Əvvələr demişdim ki, çox sevdiyim vətəndən yalnız bir halda gedə bilərəm – vətən mənə xəyanət etsə. Vətən mənə xəyanət etdi. Amma milyonlarla azarkeş mənə xəyanət etmir: həm Rusiyada, həm də başqa ölkələrdə”-deyn sənətçi pərəstişkarlarına da müraciət edərək onlara dəstək olduqları üçün təşəkkür edib.

“Mən onları sevirəm, onlar üçün əziyyət çəkirəm. Onlara görə narahatam – necə yaşayırlar? Onlara deyirlər “bax bu yaxşıdır” və onlar da bununla fəxr edirlər. Onlar tarixi bilmirlər, amma tarixlə fəxr edirlər. Bizim tibbin necə pis gündə olduğunu bilmirlər, dərman yoxdur, amma sağlamlıqla fəxr edirlər. Bu şou-biznes faciədir. Biz həqiqəti öyrənməyə çalışırıq! Gözəl olan heç bir şey məhv edilməməlidir, biz sülh üçün dua etməliyik” -deyə Puqaçova qeyd edib.

AzPost.az

Post navigation

Previous: Saxta sığorta ilə qazanc əldə edən dələduzlar ifşa olunub
Next: MİQ imtahanında iştirak üçün ödəniş bu qədər olacaq

Oxşar xəbərlər

Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.