Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib

Mərkəzi Bank

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” və “R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında” məsələlər müzakirəyə çıxarılıb.

Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması təklif edilir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.