Mərkəzi Bankın sədri müstəqil iqtisadçılarla görüşüb –Əkrəm Həsənov, Natiq Cəfərli, Rövşən Ağayev nələri müzakirə edib?

Mərkəzi Bankın sədri Taleh Kazımov müstəqil iqtisadçı ekspertlərlə görüşüb. 
Azpost.info bildirir ki, bu barədə ekspert Əkrəm Həsənov məlumat verib.
Ə.Həsənovun sözlərinə görə, görüş 3 saat davam edib: “Görüşdə məndən başqa həmkarlarım Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə Mərkəzi Bankın 9 əməkdaşı da iştirak edirdi. Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı”.
Görüşdə maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələ müzakirə olunub. Bundan başqa xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer alıb: “İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Taleh müəllim bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçiriləcəyi də qərara alındı”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.