Məşhur sovet publisisti Sergey Kara-Murza vəfat edib

Tanınmış rusiyalı sosioloq, publisist və filosof Sergey Georgiyeviç Kara-Murza 86 yaşında vəfat edib.

Bu barədə onun oğlu Georgi Kara-Murza məlumat verib.

Qeyd edək ki, Sergey Kara-Murza Rusiya Yazıçılar İttifaqının üzvü idi və bir sıra populyar əsərlərin müəllifi kimi tanınırdı. Onun əsərləri postsovet məkanında geniş yayılmışdı və Rusiyada siyasət, mədəniyyət və kimlik mövzusundakı intellektual müzakirələrə ciddi təsir göstərmişdi. Kara-Murza Qərb təsirinin, qloballaşmanın və 1990-cı illərin islahatlarının sərt tənqidçisi, həmçinin Rusiyanın suveren inkişaf yolunun tərəfdarı kimi tanınırdı. O, həmçinin hazırda xarici agent kimi tanınan və Rusiya Maliyyə Monitorinq Xidmətinin terrorçular və ekstremistlər siyahısına daxil edilmiş müxalif siyasətçi Vladimir Kara-Murzanın əmisi idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.