“Nə nəvələrim, nə də qızım yanıma gəlir” –

Tənha yaşayan 90 yaşlı Qorbaçov haqqında “Cənnət” filmi (VİDEO)
06 Dekabr 2020 - 01:15

Moskvada dekabrın 3-də tanınmış sənədli film ustası Vitali Manskinin SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla bağlı çəkdiyi “Qorbaçov.Cənnət” sənədli filminin təqdimatı olub.

Azpost.info bildirir ki, rejissor Mixail Qorbaçovdan yaşadığı xidməti evində müsahibə götürüb.

Film Avropanın nufuzlu sənədli filmlər festivalı sayılan IDFA-nın əsas mükafatını alıb.

Filmlə bağlı ekspert rəyləri maraqlıdır.

Kadrlarda 90 yaşlı qoca Qorbaçov və onun gündəlik həyatı təsvir olunur. O çətinliklə kreslodan qalxır, yataq otağına xüsusi quraşdırılmış liftlə qalxır.

Saat yarımlıq film Mixail Qorbaçova ömürlük verilmiş xidməti mənzilində çəkilib. Evi tikanlı məfillərə bürünmüş hündür hasarlar əhatə edir. Hər yerdə müşahidə kameraları qurulub.

Belə yerdə dünyanı dəyişdirmiş şəxs tək-tənha yaşayır.

Filmdə Qorbaçov 2020-ci ili öz köməkçisinin evində qarşılayır. Onun daha hər hansı yaxın adamı yoxdur. Qorbaçov yalnız bir kəlmə deyir: Daha nəvələri onun yanına gəlmir, əvvələr gəlirdilər. İndi yox. Vəssalam! Başqa söz daha lazım deyil.

Film boyu biz qohumları, əzizləri tərəfindən atılmış tənha şəxsi görürük. Qorbaçovun qızı və nəvələri Almaniyada yaşayırlar. Rusiyaya gəlmirlər. Qorbaçov isə heç yerə artıq gedə bilmir.

Filmdə o, Novodeviçye qəbristanlığında arvadı Raisanın məzarı qarşısında dayanır və deyir ki, vəfat etdikdən sonra onun yanında hazırlanmış yerdə basdırılacaq.

Mixail Qorbaçov qızları tərəfindən amansızcasına tərk edilmiş Kral Liri xatırladır.

Mixail Qorbaçov 1985-1991-ci illərdə SSRİ-yə rəhbərlik edib. Sovet İttifaqının süqutuna gətirib çıxarımış “Yenidənqurma” siyasətinin müəllifidir. M.Qorbaçov Dağlıq Qarabağ probleminin ortaya çıxmasının səbəbkarı hesab edilir.

Onun fərmanı ilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıya hərbi müdaxilə edib və dinc sakinlərə divan tutub. Nəticədə yüzlərlə dinc vətəndaş həlak olub, minlərlə şəxs yaralanıb.