Nəsli kəsilməkdə olan balıq növlərinin sayı 5 dəfə artıb –Araşdırma

Monpelyedəki Dəniz Biomüxtəlifliyi, İstismar və Qorunması İnstitutundan olan fransız alimləri nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin sayının əvvəlki hesablamalardan 5 dəfə çox olduğunu müəyyən ediblər.

Tədqiqat “PLOS Biology” elmi jurnalında dərc olunub.

Alimlər 13195 dəniz balıq növünün hazırkı vəziyyətini təhlil edərək belə nəticəyə gəliblər ki, onlardan 1671-i (12,7%) nəsli kəsilmək təhlükəsi altındadır. Əvvəllər bu rəqəm 334 növ (2,5%) təşkil edirdi.

Nəsli kəsilməkdə olan balıq növlərinin əksəriyyəti kiçik coğrafi diapazona, böyük bədən ölçülərinə və aşağı böyümə sürətinə malikdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.