“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular!” –Mehriban Əliyeva ad gününü təbrik edənlərə təşəkkür etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü münasibəti ilə onu təbrik edənlərə təşəkkür edib. 

Azpost.info bildirir ki, M.Əliyeva bu barədə açıqlama yayıb: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”.

Qeyd edək ki, avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xüsusi karantin rejimi uzadılmalıdır” –

Sonrakı məqalə

“Minsk Qrupunun işğal edlimiş rayonlarla bağlı danışıqlar aparmağa heç bir mandatı yoxdur” –