Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nəbzin səbəbsiz artması ürəkdə problemi göstərir –

User 30 Mart 2024 - 10:29 (Last updated: 21 May 2025 - 20:15)
nebz

Aşağı nəbz sağlam olduğumuz anlamına gəlmir. Böyük Britaniyanın “Guardian” qəzeti ürək döyüntülərinin sağlamlıq üçün nəyi ifadə etdiyi barədə məqalə dərc edib.

Məqalədə Dr.David Culpepper tələb olunan nəbzin sürətinin insanın sağlamlıq vəziyyəti və yaşı kimi faktorlara görə dəyişə biləcəyini diqqətə çatdırıb. O bildirib ki, idmançıların nəbzi 60-dan aşağı, körpələr və kiçik uşaqların nəbzi çox zaman 100-dən yuxarı olur. Ümumiyyətlə, yaşlandıqca bu rəqəm azalır: “Nəbziniz 60-dan aşağıdırsa, özünüzü bir idmançı kimi sağlam hesab edə bilərsiniz, lakin bunun bəzi istisnaları var. Aşağı nəbz ürəyin müəyyən problemlərini, qeyri-aktiv tiroid bezini və ya digər tibbi problemləri göstərə bilər. Bundan əlavə, xüsusilə yüksək təzyiq və ürək problemləri üçün istifadə edilən bəzi dərmanlar da nəbzin azalmasına səbəb ola bilər”.

Londondakı Mayo Klinikasında fəaliyyət göstərən kardioloq Elijah Behr həyat tərzinin ürək döyüntüsünə təsirinə diqqət çəkib: “Kofein adrenalinin ürəyə təsirini artırır. Yəni, yüksək miqdarda çay, qəhvə və ya enerji içkiləri istehlak etmək müvəqqəti olaraq nəbzinizi artıra bilər. Siqaretdəki nikotinin də oxşar təsiri var, bu, uzun müddət ürək və qan dövranı problemlərinə səbəb olur. Stres, narahatlıq və həyəcan kimi duyğular da ürək döyüntülərini sürətləndirir. Heç bir səbəb olmadan meydana gələn ürək döyüntüsündəki artımlara diqqət yetirilməsi vacibdir. Nəbz heç bir səbəb olmadan artarsa, bunun səbəbi bilinməyən bir ürək problemi ola bilər və mütləq müayinə olunmalıdır. Nəbz artıb huşunu itirmə və başgicəllənməyə səbəb olarsa, vəziyyət daha da ciddidir”.

Mütəxəssislər, həmçinin idman etdikdən və ya həyəcanlandıqdan sonra nəbzin nə qədər müddətdə normala dönməsinin vacib olduğunu qeyd ediblər.

Post navigation

Previous: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Next: Gəncədə türk tələbə həmyerlisi tərəfindən bıçaqlanıb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.