“Nəcməddin Sadıqovun xainliyini harda görmüsən?” –Siyavuş Novruzov

“Nəcməddin Sadıqov baş leytenant olandan Qarabağda döyüşlərdə iştirak edib. Onun haqqında məhkəmə hökmü olmasa heç birimiz deyə bilmərik ki, rüşvətxodrdur, korrupsionerdir, xaindir”.

Azpost.info bildirir ki, bu sözləri YAP-çı deputat Siyavuş Novruzov “Musavat TV”-nin canlı efirində KXCP sədri Mirmahmud Mirəlioğlu ilə debatı zamanı bildirib.

S.Novruzov ordu rəhbərliyinin müharibə zamanı arxa planda qalması barədə iddiaları ilə razı olmadığını deyib. Sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqova ünvanlanan ittihamalara toxunan deputat deyib ki, məhkəmə hökmü olmadan belə ifadələr səslənə bilməz: “Mən hardan bilirəm? Deyə bilmərəm. Üç adamı çağırın gəlsinlər cavab versinlər ki, harda görmüsən onun xainliyini? Cavab verə bilərlər? Yox. Kiminsə haqqında məhkəmə hökmü yoxdursa biz onun cinayətkar olduğunu deyə bilmərik”.

Deputat bildirib ki, ordu haqqında danışmaq olmaz: “Orduda çatışmamzalıq olur. Ordu cəmiyyətin bir hissəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyinin daha bir səlahiyyəti TƏBİB-ə verilib

Sonrakı məqalə

Nikol Paşinyan Moskvadadır