Nikol Paşinyan Moskvadadır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.

“Sputnik Armenia”nın xəbərinə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Qevorkyan “Facebook”da bildirib.

Səfər çərçivəsində N. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Ermənistanın Baş naziri Rusiya dövlət başçısı ilə ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, energetika, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcək.  

V. Putin və N. Paşinyan Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasına dair də fikir mübadiləsi aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nəcməddin Sadıqovun xainliyini harda görmüsən?” –

Sonrakı məqalə

Azərbaycanda daha 2 595 nəfər yoluxub –