Nəvələrimin həyatı təhlükədədir- Oğlu tərəfindən döyülən ana

Döyülmə
Döyülmə

Sabunçuda anasını döyərək xəsarətlər yetirən 39 yaşlı şəxs həbs edilib.

AzPost Musavat.com-a istinadən xəbər verir ki, anasını döyən Röyal spirtli içki aludəçisidir.

Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Röyal ifadə verən zaman deyib ki, mütəmadi olaraq apteklərdə satılan spirtlərdən alaraq qəbul edir. Buna görə də anası ilə hər gün mübahisə edirmişlər. Röyalın dediyinə görə, anasını döyməsini xatırlamır.

“Əlimlə anamın sifətinə, başına vurandan sonra evdən çıxdım. Baş verənləri tam xatırlamıram. Çox peşmanam”, – deyə Röyal bildirib.

Zərərçəkmiş ana isə dindirilən zaman oğlundan şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.

“Həmin gün də içki içib səbəbsiz yerə mübahisə etməyə başladı. Mübahisə zamanı Röyal üzümə və başıma zərbələr vurdu. Röyal dəfələrlə məni döyüb. Polisə hər dəfə məlumat vermişəm. Qızımın iki azyaşlı uşaqları var. Röyal içkili olarkən gözü heç nə görmür. Onun əlindən evdə qala bilmirik. Mənim və nəvələrimin həyatı təhlükədədir”, – deyə Röyalın anası ifadəsində göstərib.

Röyal məhkəmənin hökmü ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.