Nəzarət GÜCLƏNDİRİLDİ- 3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq

Avtobus
Avtobus

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli sərnişin kimi xidmət edəcək.

Milli.Az xəbər verir ki, bu tədbir Türkiyənin Daxili İşlər Nazirliyinin bayram günlərində yol hərəkətinə nəzarəti gücləndirmək məqsədilə həyata keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Zafər Aydın bildirib ki, bu polis əməkdaşları sərnişin kimi avtobuslara minərək sürücülərin qayda pozuntularını müşahidə edəcək. Qaydaların pozulması halında sürücü ilə yanaşı onu yoxlamalı olan digər nəzarətçilərə qarşı da tədbir görüləcək. Bayram müddətində 17 min 645 yol polisi, 1485 sürətölçən cihaz, 62 avtomatik müşahidə sistemi, 37 rayonda helikopter, 81 rayonda isə pilotsuz uçuş aparatları ilə müşahidə aparılacaq. Bu il ilk dəfə olaraq avtobus terminallarında da yoxlamalar keçiriləcək.

Zafər Aydın əlavə edib ki, bayram günlərində qırmızı işıq, təhlükəsizlik kəməri və mobil telefonla danışıq kimi qayda pozuntuları da xüsusi sistemlərlə izləniləcək. Həmçinin, elektron nəzarət sistemi vasitəsilə bütün avtobusların marşrutları və dayanacaqları real vaxt rejimində izlənəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.