“Nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib”- Maliyyə Nazirliyində kollegiya iclası

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsinə il ərzində nəzarət tədbirləri davam etdirilib, risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən 2020-ci il üzrə də İş Planı tərtib olunaraq təsdiq edilib, dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib”.

Bunu bu gün keçirilən kollegiya iclasında Azərbaycan Maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifovun sözlərinə görə, Prezident İlham Əliyevin yanında 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə Prezidenti tərəfindən hökumətin qarşısında ciddi vəzifələr qoyulub: “Bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə qəbul edilmiş dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın icrası təmin edilir, həyata keçirilən tədbirlər nəticəsində xarici valyutada ifadə olunan dövlət borcu mərhələlərlə azaldılır, bununla yanaşı daxili qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədi ilə dövlət qiymətli kağızlarının həcmi tədricən artırılır”.

Nazir həmçinin ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını xatırladıb. O bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da vaxtında və yüksək səviyyədə icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eyfel qülləsinə giriş yenə bağlandı

Sonrakı məqalə

Bakıda onlayn yolla narkotik satan narkokuryerlər tutulub