Nadir mavi brilyant hərracda 21,5 milyon dollara satıldı

mavi brilyant
mavi brilyant

Nadir mavi brilyant hərracda 21,5 milyon dollara satıldı. İsveçrənin Cenevrə şəhərindəki “Sotheby’s” hərracında son dərəcə nadir mavi brilyant 21,5 milyon dollara satılıb.

Valyuta.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

10,3 karatlıq və 20 milyon dollar dəyərində təxmin edilən fantastik parlaq mavi almaz hərracda “canlı mübarizəyə” səbəb olub. “Sotheby’s” hərracın 9 milyon İsveçrə frankı (10,8 milyon dollar) dəyərində başladığını bildirib. Nadir qiymətli daş sonda 17,9 milyon franka (21,5 milyon ABŞ dolları) satılıb.

Bu yaxınlarda Cənubi Afrikadakı əfsanəvi Cullinan mədənlərində hasil edilən almazın alıcısı özəl amerikalı kolleksiyaçı olub. Onun adı açıqlanmır.

Qeyd olunur ki, Cenevrədəki hərracdan əvvəl almaz ötən ay Əbu-Dabidəki “Sotheby’s” hərracında nümayiş etdirilib. Orada o, ümumi dəyəri 100 milyon ABŞ dollarından çox olan yeddi qeyri-adi almaz və qiymətli daşla birlikdə təqdim edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.