Naməlum səma cismi Günəş sisteminə daxil olub

Astronomlar Günəş sisteminə kənardan daxil olmuş səma cismi aşkar ediblər.

Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

A11pl3Z adlandırılan səma cisminin ölçüsünün 10-20 kilometr uzunluqda olduğu bildirilir. Astronomların fikrincə, saatda 200 min kilometr (60 km/saat) sürətlə hərəkət edən cismin orbiti Günəş ətrafında deyil və o ulduzlarası məkana qayıdacaq. Onun orbiti Marsla kəsişəcək və 2026-cı ilədək müşahidə olunacaq.

Çox yüksək sürətə baxmayaraq A11pl3Z Yer planeti üçün heç bir təhlükə təşkil etmir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.