“Napoli”yə yeni baş məşqçisi təyin olunub

İtaliyanın “Napoli” futbol klubu baş məşqçi postuna Valter Mazzarrinin təyin olunduğunu açıqlayıb.

İtaliyalı mütəxəssis Valter Mazzarri klubun bir müddət əvvəl yollarını ayırdığı baş məşqçi Rudi Qarsiyanı əvəzləyib.

Qeyd edək ki, Mazzarri 2009-2013-cü illərdə də “Napoli”ni çalışdırıb.

İtaliya A Seriyasında ötən mövsümün çempionu olan “Napoli” klubu cari mövsümdə geridə qalıb. Belə ki, 12 həftədə 21 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.

“Napoli” UEFA Çempionlar Liqasında isə keçirdiyi 4 oyunda 7 xal toplaya bilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.