Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Nar”a yeni baş icraçı direktor təyin olunub

User 27 Oktyabr 2025 - 14:34 (Last updated: 27 Oktyabr 2025 - 14:34)
New-CEO_1274x800_main

Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən AzPost-a verilən məlumata görə, Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir. O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi nüfuzlu İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu texnologiya strategiyalarının formalaşdırılması, innovasiyaların tətbiqi prosesinə mühüm töhfələr verib.

Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin nüfuzlu “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını müvəffəqiyyətlə bitirib.

Özgür Genc “Azerfon” MMC (“Nar”) şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib. Qunnar Panke karyerasında yeni imkanları dəyərləndirmək məqsədilə şirkətdən ayrılıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

AzPost.az

Post navigation

Previous: “Putin raket buraxmaqdansa müharibəni dayandırsın” –
Next: “Xaç atası” filminin məşhur rejissoru pulsuzluqdan şəxsi əşyalarını satır

Oxşar xəbərlər

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.