“Narahatıq, Rusiya hücum etsə, Rumıniyadan kömək istəyəcəyik”- Moldova prezidenti

“Rusiya hərbi təhlükə yaradacağı təqdirdə, ölkə yardım üçün Rumıniyaya müraciət edəcək”.

Azpost.info xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu Rumıniyaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, hökumət xarici təhdidləri və qeyri-sabitliyin mümkün daxili mənbələrini təhlil edir: “Biz narahatıq və hadisələrin inkişafı üçün müxtəlif ssenarilərə, o cümlədən ən pessimist ssenarilərə ehtimal veririk. Rusiya Moldovaya hücuma cəhd etsə, təbii ki, biz kömək istəyəcəyik”, – ​​Sandu deyib.

Moldova prezidenti aprelin sonunda Dnestryanı bölgədə vəziyyətin gərginləşməsini xüsusi qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.