Nardaranda qadın özünü asıb

Tibbi Yardım
Tibbi Yardım

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

Hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü A.Ş (ad və soyad şərtidir) yaşadığı evdə özünü asıb.

O, ağır vəziyyətdə qohumları tərəfindən aşkarlanaraq xəstəxanaya çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.