Nardaranda Şəhid hərbi qulluqçumuz dəfn olunub

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu dəfn edilib.

Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Hüsyn Rasim oğlunun nəşi böyüyüb başa çatdığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə gətirilərək torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində şəhidin yaxınları, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

**

Şəhid Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

6 ay komada qalandan sonra ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlu ilə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları və Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər.

Şəhid H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Entoni Hopkins “Oskar” mükafatına layiq görülüb

Sonrakı məqalə

Ölkədə koronavirusla bağlı ölüm sayı niyə yüksəlib? –