Narkotacir qızının narkotik aludəçisi olmasına dözməyib onu öldürdü –

FOTO
03 Mart 2020 - 21:56

Avstraliyada ata mübahisə zamanı qızını bıçaqlayaraq öldürüb.

Sondakika.com-un xəbərinə görə, Adelaida şəhərində 49 yaşlı Petrit Lekaj 20 yaşlı qızı Sabrina Lekajla gecə həyatı ilə bağlı mübahisə edib.

P. Lekaj mətbəx bıçağı götürərək qızını avtomobili ilə aparıb. Yolda onların mübahisəsi davaya çevrilib və Lekaj 8 bıçaq zərbəsi ilə qızını öldürüb.

Məhkəmədə o bildirib ki, məqsədi qızını narkotikdən uzaqlaşdırmaq və onu qorxutmaq olub.

Məlum olub ki, qızını öldürdükdən sonra Lekaj onun cansız bədəni maşında olduğu halda bir saat avtomobili idarə edib.

Sonradan polis onu saxlayanda həqiqət üzə çıxıb və tutulub.

Ömürlük azadlıqdan məhrum edilən həmin şəxs bundan əvvəl narkotik alverinə görə məhkumluq həyatı yaşayıb.