NASA-nın HiRise kamerası Qırmızı Planetdə – Marsda hamını təəccübləndirəcək görüntü əldə edib.
Çəkilən fotolar arasında Çin əjdahasına bənzəyən görüntü ortaya çıxıb.
İndiyə qədər xəyal gücünün də təsirilə Marsda xeyli fərqli və qəribə cism görüntülənib. NASA-nın Mars Reconnaissance Orbiter-indəki (MRO) HiRise kamerasının idarəçi komandası isə bu dəfə bir “əjdaha” müşahidə ediblər.
Qrup üzvləri Marsdakı bir kanyonun görüntüsünu Twitter-də paylaşıblar. Şəkil Cənub-Qərbi Melas Chasma-da çəkilib və açıq rəngli sahə, həqiqətən, Çin əjdahasına bənzəyir.
Melas Chasma Qırmızı Planetin ekvatorunda yer alan nəhəng Valles Marineri kanyon sisteminin bir hissəsidir.
Qeyd edək ki, MRO-nun kamerası bu əjdahaya bənzəyən görüntünü əslində 2007-ci ildə qeydə alıb. (Ted.az)
