Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Nasist rəhbəri Görinqin Polşadakı evindən insan sümükləri tapılıb

User 04 May 2024 - 10:01 (Last updated: 21 May 2025 - 20:15)
hitler geronq ev

Tədqiqatçılar Adolf Hitlerin Polşadakı keçmiş qərargahının ərazisində, Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandiri German Göringin evində qazıntılar zamanı biri körpə olmaqla, beş nəfərin qalıqlarını aşkar ediblər.

Bu barədə “Der Spiegel” məlumat yayıb.

Bildirilib ki, Varm-Masuriya inzibati rayonunda yerləşən, Hitlerin əsas qərargahı və alman ordusunun komandanlıq korpusunun olduğu Volfschanze (Qurd yuvası) ərazisində bir qrup alman və polşalı arxeoloq tərəfindən tədqiqat aparılıb. Hermann Göringin evi də bu ərazidə yerləşirdi. Göringin evi hərtərəfli tədqiq edilmiş hesab olunsa da, arxeoloqlardan biri köhnə taxta döşəmənin izlərinə rast gəlib. Tədqiqatlara başlayan alimlər əvvəlcə su borularını, daha sonra isə insan kəlləsinin parçasını aşkar ediblər. Nəticədə beş nəfərin skeleti tapılıb: üç böyük, bir yeniyetmə və bir körpə.

Tədqiqatçılar qrupunda olan Bartoşevskinin sözlərinə görə, çox güman ki, cəsədlər ev tikildikdən sonra basdırılıb, çünki əks halda boruları çəkən inşaatçılar qalıqları aşkarlayacaqdılar. Amma qalıqların İkinci Dünya müharibəsi başa çatdıqdan sonra basdırıldığı ehtimalı da var.

Polşa prokurorluğu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Qurd yuvası qərargahı meşədəki 80-dən çox bunker və möhkəmləndirilmiş tikililərdən ibarət kompleks idi, 250 hektar qorunan ərazidə yerləşirdi. Kompleks tikanlı məftillərlə, minalanmış sahələrlə, müşahidə qüllələri və mühafizə vasitələri ilə əhatə olunmuşdu. Alman qoşunları 1945-ci ilin yanvarında geri çəkilərkən, bunkerləri partladıb və ərazini tərk etdiblər.

Post navigation

Previous: Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
Next: Prezidentin COP29-a dəvət məktubları dövlət başçılarına çatdırılıb

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.