Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Natiq Qasımovun Xocalıda təkbaşına döyüşdüyü kilsədən ilk görüntülər –

User 30 Oktyabr 2023 - 18:10 (Last updated: 21 May 2025 - 20:15)
kilse natiq

1-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş Natiq Qasımovun adı indi hər bir azərbaycanlıya məlumdur.

Azpost.info bildirir ki, 1992-ci ildə Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.

İTV N.Qasımovun təkbaşına vuruşduğu məbəddən ilk görünütləri yayımlayıb.

Bildirilib ki, N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qaradağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb.

 

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.

Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən «Kür» avarçəkmə bazasında məskunlaşmış, Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə onu da girov götürüb və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparıb. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.

Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunur ki, I Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun keçmiş Əsgəran ərazisində dəfn edildiyi ehtimal olunur.

https://azpost.info/wp-content/uploads/2023/10/395937316_322197127099400_6805452453572355834_n.mp4

Post navigation

Previous: Elza Seyidcahan meyxanaçı Vüqardan polisə şikayət edib
Next: İsrail ordusu Qəzzada türk xəstəxanasına hava zərbəsi endirib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.