NATO Baş katibi Ankarada Ərdoğanla görüşdü- Nələr müzakirə olundu?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO Baş katibi Mark Rutte ilə görüşdə Ukrayna və Qəzzada münaqişələrin həlli, eləcə də terrorla mübarizə məsələlərini müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası danışıqlardan sonra məlumat verib.

“Görüş zamanı Ukrayna və Rusiya arasında müharibə, Fələstində savaşa son qoymaq perspektivləri, terrorla mübarizədə birgə addımlar və Türkiyənin 2026-cı ildə NATO sammitini keçirməsi müzakirə edilib”, – məlumatda bildirilir.

Görüşün gündəliyinə NATO müttəfiqləri ilə Türkiyə arasında müdafiə sənayesi üçün məhsulların satın alınmasında həmrəylik məsələləri də daxil edilib.

Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Ərdoğanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Moskva–Şarja reysini yerinə yetirən təyyarə Bakı hava limanına məcburi eniş edib

Sonrakı məqalə

Küləkli hava şəraiti ilə bağlı sarı