NATO, BRİKS və Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır –ƏRDOĞAN

NATO, BRİKS və Türk Dövlətləri Təşkilatının hazırkı geosiyasi şəraitdə beynəlxalq çəkisi artır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Hərbi Akademiyada çıxışı zamanı deyib.

“Beynəlxalq siyasətdə yeni kartlar müzakirə edildikdə, əməkdaşlıq üçün yeni variantların axtarışı ön plana çıxır. NATO, BRİKS, Türk Dövlətləri Təşkilatı kimi birliklər çoxtərəfli əməkdaşlıq platforması kimi beynəlxalq siyasətdə çəkisini artırır. Dünyada pandemiya ilə başlayan və Ukraynada baş verən münaqişə ilə kəskinləşən böhran qlobal miqyasda iqtisadiyyata və siyasətə mənfi təsir göstərir. Bütün ölkələr, o cümlədən inkişaf etmiş ölkələr son 60-70 ildə ən yüksək inflyasiya templəri ilə üzləşiblər.

Türkiyə lideri təhlükəsizlik riskləri fonunda müdafiə sənayesinə xərclərin hər yerdə artdığını da vurğulayıb: “Hər kəs müasir, nizam-intizamlı və çəkindirici ordunun olmasının nə qədər vacib olduğunu anlayır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.