NATO gəmiləri Baltik dənizinə daxil olub

NATO gəmiləri Baltik dənizinə daxil olub və müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

“NATO-nun daimi dəniz çevik reaksiya qrupunun SNMG1 gəmilərinin bəziləri Baltik dənizinə daxil olub. Qalan gəmilər cümə günü Tallin limanının terminalına çatacaq. Əsas vəzifə Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə birgə təlimlər keçirməkdir”, – məlumatda deyilir

Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saskın sözlərinə görə, gələn həftə Estoniya dəniz piyadaları ilə birgə təlimlərə başlamaq planlaşdırılır. Terminaldakı NATO gəmilərinin yaxın günlərdə alyansın dəniz qüvvələrinin başqa bir qrupu ilə əvəzlənməsi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Kiyev yaxınlığındakı hərbi zavoda aviazərbə endirib

Sonrakı məqalə

“Bina üçün ayrılan pulun 900 min manatını icra başçısına verdim”