“NATO ilə Ukrayna arasında son əməkdaşlıq proqramı təxribat xarakterlidir”- KREML

“Moskva NATO ilə Ukrayna arasında son əməkdaşlıq proqramını bəyənmir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu addım təxribat xarakteri daşıyır.

“Aydındır ki, NATO Ukrayna ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bəli, bu, bizim bəyənmədiyimiz, təxribat xarakterli hərəkətlər hesab etdiyimiz məsələdir”, – Peskov qeyd edib.

NATO Baş katibi Yens Stoltenberq bildirib ki, Alyans və Ukrayna hakimiyyəti arasında 2024-cü il üçün əməkdaşlıq proqramı imzalanıb. Onun sözlərinə görə, proqramın müddəalarından biri də Ukrayna və NATO qüvvələrinin uyğunluğudur.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə qızılcaya yoluxma sayları nəzarət altındadır

Sonrakı məqalə

Almaniyanın Kalininqraddakı Baş Konsulluğu  fəaliyyətini dayandırır