NATO-nun keçmiş baş katibinə yeni vəzifə verildi- “The Daily Mail”

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Bilderberq klubunun sədri olub.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” nəşri yazıb.

Nəşr bunun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gözlənilən andiçmə mərasimi ilə bağlı ola biləcəyini ehtimal edir.

Məlumata görə, Stoltenberq transatlantik siyasət sahəsində təcrübəsi sayəsində Bilderberq qrupuna rəhbərlik edib.

1954-cü ildə qurulan Bilderberq qrupu uzun müddətdir Alp kurortlarındakı lüks otellərdə gizli görüşləri ilə diqqəti cəlb edir, burada iştirakçılar beynəlxalq əlaqələr, iqtisadiyyat və təhlükəsizlik məsələlərini müzakirə edirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.