“NATO-nun Polşada öz nüvə qüvvələrini yerləşdirmək planı yoxdur”- STOLTENBERQ

Şimali Atlantika Alyansı öz nüvə qüvvələrini Polşada yerləşdirmək niyyətində deyil.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya hər hansı bir NATO ölkəsində hər hansı bir qüvvə yerləşdirmək planları yoxdur”, – o bildirib.

Polşa prezidenti Anjey Duda “Fakt” qəzetinə müsahibəsində demişdi ki, Polşa hakimiyyəti ABŞ-la NATO-nun nüvə silahlarının bu ölkədə yerləşdirilməsi imkanlarını dəfələrlə müzakirə edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir

Sonrakı məqalə

“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıb” –