“NATO-nun təqaüdə çıxmaq vaxtıdır”- Rusiya XİN

“Bütün mövcudluğu dövründə NATO-nun öyünəcək heç nəyi yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Blokun nümayəndələri daim özləri haqqında müdafiə ittifaqı kimi danışırlar. Baxmayaraq ki, bütün tarixləri bunun əksini deyir. NATO-nun “çiyinləri” arxasında dövlətlərin xarabalığa çevrilməsi, cəzasız hərbi cinayətlər, qətllər, Yuqoslaviyanın, İraqın və başqa yerlərin bombardman edilməsi durur”, – Zaxarova deyib.

Onun sözlərinə görə, bütün Avropa təhlükəsizlik sistemini qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir, ölkənin təhlükəsizliyinə təhdidlər yaradır: “Finlandiya Şimali Atlantika Alyansının növbəti qurbanı oldu. Ölkə uzunmüddətli neytrallığı ilə vidalaşaraq cəbhə zonasına çevrilmək qərarı verdi”, – XİN nümayəndəsi bildirib.

Zaxarovanın fikrincə, NATO Qərbin hegemonluğunu sarsıda biləcək alternativ güc mərkəzlərinin mövcudluğunun qarşısını almaq üçün hər cür səy göstərir. “Alyans və təhlükəsizliyin bir-birinə uyğun gəlməyən anlayışlar olduğunu qəbul etmək lazımdır. Ona görə də NATO-nun təqaüdə çıxmaq vaxtıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.