NATO ölkələrinin xarici işlər nazirləri martın 23-24-də Brüsseldə görüşəcək

Pandemiya başlayandan bəri ilk dəfə NATO ölkələrinin xarici işlər nazirləri 23-24 mart tarixlərində Brüsseldəki mənzil qərargahında görüşəcəklər.

Bu barədə alyansın sözçüsü Oana Lunqesku “Twitter” səhifəsində yazıb.

O bildirib ki, iclasa NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Qərb mediası ABŞ dövlət katibi Entoni Blinkenin NATO xarici işlər nazirlərinin toplantısında iştirak etmək və avropalı tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedəcəyini yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanın taleyini həll edən Rusiya-Türkiyə müqaviləsinin imzalanma mərasimi –

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavəndə gedib –