Naxçıvanın taleyini həll edən Rusiya-Türkiyə müqaviləsinin imzalanma mərasimi –100 il əvvəl çəkilmiş nadir kinokadrlar (VİDEO)

Martın 16-da Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsinin və ya “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100-cü ildönümü tamam olur.

Azpost.info bildirir ki, 1921-ci ildə imzalanmış müqavilənin imzalanma mərasimi ilə bağlı Rusiya Dövlət Arxivində saxlanılan kinoxronika kadrları ilk dəfə nümayiş etdirilib.

Qeyd edək ki, müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.

26 fevral 1921-ci ildə Sovet Rusiyası  ilə  Türkiyə arasında Moskva başlanan danışıqlarda  Sovet  Rusiyasını xarici işlər komissarı Çiçerin  və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü  Cəlaləddin Qorxmazov, Türkiyəni xarici işlər naziri Yusif Kamal  başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti təmsil edib.

Sazişin imzalanmasında Türkiyənin Rusiyadakı səfiri Əli Fuad Paşa və sovet Azərbaycanının Türkiyədə səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak edib.

Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əldə olunub. Müqavilənin  üçüncü   maddəsində Naxçıvanın Azərbaycanın   himayəsi  altında   muxtar  ərazi  kimi təşkil  olunması öz  əksini tapıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi.

Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci ilin oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.

Yüz il bundan əvvəl imzalanma mərasimindən həmin tarixi anın kinokadrlarını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bir gündə 376 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

NATO ölkələrinin xarici işlər nazirləri martın 23-24-də Brüsseldə görüşəcək