NATO Qara dəniz üzərində hərbi hava qüvvələrinin hazırlığını artırdı

NATO rəhbərliyi Rusiya hərbi qırıcısının təhlükəli davranışı ilə əlaqədar Qara dəniz regionunda hərbi hava qüvvələrinin hazırlığını artırıb.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Alyansın sözçüsünə istinadən yazıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin təyyarəsi Polşanın hərbi qırıcısını təqib edib.

“Rusiya hərbi təyyarəsinin Polşa hərbi təyyarəsi yaxınlığında təhlükəli davranışı nəticəsində NATO hava polisi missiyasının təyyarələri yüksək hazırlıq vəziyyətinə gətirilib”, – məlumatlı mənbə agentliyə bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.