“NATO Rusiyanı üç günə məğlub edər”- Amerikalı konqresmen

“NATO  Rusiyanı üç günə məğlub edər”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan nümayəndəsi Adam Kinzinger deyib.

O, bu  bəyanatı NATO-nun niyə hələ də Rusiya ordusu üzərində üstünlüyü əldə etmədiyinə dair suala cavab verərkən səsləndirib: “Ümid edirəm ki, bu zarafatdır. NATO-nun Rusiyaya qarşı müharibəsi 3 günlük əməliyyat kimi olardı”, – konqresmen bildirib.

Bəyanatı dərc edən “Newsweek” yazır ki, Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika Alyansının öz təsir dairəsini genişləndirməyə çalışmasından çoxdan narahatdır: “Adam Kinzinger inanır ki, NATO Rusiyanı üç günə məhv edə bilər. Putin çoxdandır ki, NATO-nun təsir dairəsini genişləndirməyə çalışmasından narahatdır. Rusiya lideri xüsusilə Ukraynanın hərbi bloka qoşulmasına qarşı çıxıb”.

Məqalə müəllifləri xatırladıblar ki, Kinzinger bütün münaqişə boyu Ukraynanın fəal dəstəkçisi olub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.