“NATO Rusiyaya qarşı elan olunmamış müharibəyə başlayıb” –ŞOYQU BƏYANAT VERDİ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə görüşdə Qərb ölkələri tərəfindən Moskva və Minskə qarşı elan olunmamış müharibənin başladığını bildirib.

“Bu gün biz birlikdə ölkələrimizə qarşı  elan olunmamış müharibə aparan kollektiv Qərbə müqavimət göstəririk”, – Şoyqu bildirib.

Onun sözlərinə görə, NATO-nun hərbi fəaliyyəti ən aqressiv istiqamət alıb.

“Alyans Şərqi Avropada Birləşmiş Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılması üçün kompleks tədbirlər həyata keçirir. İttifaq dövlətinin sərhədləri yaxınlığında əlavə hərbi kontingentlər və hərbi infrastruktur yerləşdirilir, döyüş hazırlığı və kəşfiyyat fəaliyyətləri aktivləşdirilir” -deyə Şoyqu bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.