“NATO və müttəfiqlərinin Kiyevə dəstəyi döyüş meydanındakı vəziyyəti dəyişir” - STOLTENBERQ

“Alyans ölkələri Ukraynaya təyyarə, tank, zirehli texnika tədarükünü artırır. Ümumilikdə, hərbi yardıma ayrılan xərclərin məbləği artıq 150 milyard avrodur”.

Azpost.info xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq bildirib.

Müttəfiqlər indi daha çox təyyarə, tank, zirehli texnika verir. Bütün bunlar həqiqətən də bugünkü döyüş meydanındakı vəziyyəti dəyişir”, – Stoltenberq bildirib.

O qeyd edib ki, NATO Ukraynaya uzunmüddətli perspektivdə kömək edəcək ki, ölkənin silahlı qüvvələri Alyansın qüvvələri ilə qarşılıqlı fəaliyyət göstərə bilsin.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.