“NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyik”.
CNN telekanalının verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Finlandiya Prezidenti Sauli Niinistö bildirib.
“Bu gün Prezident və Xarici siyasət və siyasət təhlükəsizliyi üzrə komitə qərara gəldi ki, Finlandiya NATO üzvlük üçün ərizə təqdim etsin”, – deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Finlandiya xarici işlər naziri Pekka Xaavisto ölkəsinin mayın 18-də NATO-ya qəbul üçün ərizə təqdim edəcəyini açıqlayıb.