“Navalnı Rusiyaya qayıtmaq üçün göstərdiyi cəsarətin əvəzini ölümlə ödədi”- ŞOLTS

“Navalnı Rusiyaya qayıtmaq üçün göstərdiyi cəsarətin əvəzini ölümlə ödədi”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Bu dəhşətli xəbər Rusiyanın necə dəyişdiyini və indi Moskvada hansı rejimin hakimiyyətdə olduğunu bir daha göstərir”, – kansler əlavə edib.

Rusiyada “Noviçok”dan zəhərlənən Navalnı Almaniyada müalicə olunub. Bundan sonra, 2020-ci ilin sonunda Rusiyaya qayıdıb, orada dərhal həbs edilib və sonra mühakimə olunub.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev və İsrailin Prezidenti Münxendə görüşüblər

Sonrakı məqalə

Prezident İlham Əliyev Münxendə ATƏT-in sədri ilə görüşüb