“Navalnı Rusiyaya qayıtmaq üçün göstərdiyi cəsarətin əvəzini ölümlə ödədi”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Bu dəhşətli xəbər Rusiyanın necə dəyişdiyini və indi Moskvada hansı rejimin hakimiyyətdə olduğunu bir daha göstərir”, – kansler əlavə edib.
Rusiyada “Noviçok”dan zəhərlənən Navalnı Almaniyada müalicə olunub. Bundan sonra, 2020-ci ilin sonunda Rusiyaya qayıdıb, orada dərhal həbs edilib və sonra mühakimə olunub.
Azpost.info